Nəşirlər
Məmməd Süleymanoğlu
Azərbaycan Səhiyyə Nazirlər
Bakı . “nurlan ” 2008. 267səh
Azərbaycan xalqının şifahi xalq ədəbiyyatı, incəsənəti, memaar- lığı, xalq sənət nümunələri qədim inkişaf ənənəsinə malikdir. Bu baxımdan xalq təbabətimiz bəlkə də hamısından öndədir. Çünki ilk həkim, ilk insanın həmyaşıdıdır. Görünür, Azərbaycanın Loğmanlar yurdu adlandırılması da təsadüfi deyildir. Hər iki halda torpaqlarımızın şəfa bulaqları, palçıq vulkanları, bol günəş istisi, 4000-4500 dərman bitgisi, müalicəvi abi-hava vəs. ilahi təsirə malikdir.
… Belə zəngin təbii və tarixi varlığa malik ölkənin loğmanlıq həyatından cild-cild tədqiqat əsərləri yazmağa dəyər. Görünür, bu gələcəyin işidir. Oxuculara təqdim olunan kitabsa onun kiçik bir zaman kəsiyini – XX əsr və XXI əsrin əvvəllərini əhatə etsə də, sam- balına və təbabət tariximizin inkişaf vüsəti baxımından ibrətamizdir.
Kitab həmin dövrdə milli səhiyyəmizin inkişafına başçılıq edən şəxslərin – nazirlərin keşməkeşli həyat və fəaliyyətinə həsr edilibdir. Əsər heç şübhəsiz, səhiyyə tariximizin inkişaf tarixilə, səhiyyə quruculuğumuzla maraqlanan, həm də tibb ictimaiyyəti və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaq.
Axı, söhbət təbabətdən gedirsə, onun şirin can sağlığının şirini bir yana, acısı da şirindi. Elə dünəni də, bu günü də…
Elmi redaktoru: Sosial Gigiyena və Səhiyyənin Təşkili kafedrasının müdiri Professor R.Ə.Çobanov
Məsləhətçi: akademik A.Ə.Namazova
M.Süleymanoğlu (Məmmədov). Azərbaycan Tibb Universitetinin rektorları (Portret bədii-publisistik oçerklər).
Bakı, «Elm və təhsil», 2010. 304 səh.
Kitab 1930-2010-cu illərdə (Və Bakı Dövlət Universitetinə Tağı Şahbazinin rektorluğu (1926-1930) dövründə tibb fakültəsi) Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etmiş rektorların (direktor) həyat və fəaliyyətinə həsr edilibdir. Monoqrafiyada keçən 80 il ərzində milli səhiyyəmizin vüsətli quruculuğu, tibb elmində əldə edilən nailiyyətləri, bununla belə üzləşdiyi problemlər öz əksini tapıbdır.
Əsər ilk növbədə səhiyyə ictimaiyyəti və təbabət tarixi istəyində olanlar üçün nəzərdə tutulsa belə, ondan geniş oxucu kütləsi də bəhrələnə bilər. Axı səhiyyə-sağlamlıq bütün sosial problemlərin bir nömrəlisidir. Demək, onun inkişaf tarixinin də, qurucularının da, qoruyucularının da hər bir kəsin maraq dairəsində olmasının özü təbiidir.
«Elm və təhsil», 2010
Məmməd Süleymanoğlu. «Qalacaqlar dünyada…»
Bakı, «Nurlan» nəşriyyatı, 2003, 154 səh.
Kitab akademik Mustafa Topçubaşovun xalqımızın dahi oğulları – böyük şairimiz Səməd Vurğun, şərqdə ilk operanın, professional musiqimizin banisi Üzeyir Haçıbəyov, görkəmli tibb alimi, dövlət xadimimiz Əziz Əliyev, dünyada tanınan kimyaçı alimimiz Yusif Məmmədəliyev, böyük bəstəkarımız Müslüm Maqomayev, vokal ifacılığımızın banisi, əvəzsiz Koroğlumuz Bülbüllə ünsiyyətinin maraqlı məqamlarına həsr edilmişdir.
Kitabın müəllifi titul səhifəsində verdiyi Yeddi qardaş ağaçı ilə simvolik şəkildə başda Mustafa bəy olmaqla yeddi mənəviyyat qardaşlarının – xalqımızın elm, təbabət, poeziya və musiqi mədəniyyətimizdəki yerini gözəl, bədii bir dillə qələmə almişdır.
Kitab geniş oxuçu kütləsi ücün nəzərdə tutulmuşdur.
Севиндж Мамед Сулейман (Мамедова- Маниева) «В поисках смысла жизни», Баку-2010, издательство «Тэбиб», 284стр.
Современность предъявляет человечеству серьезные вызовы. Вот почему многие философы фиксируют наступление духовного кризиса. Поэтому возникла необходимость в осознании внимания на смысле жизни. Кризис связан с тем, что жизнь становиться сложнее, требует от каждого из нас, и . сообщества в целях серьезных усилий по переосмыслению собственно человеческих ценностей. Жизнь приобретает смысл, когда человек думает о конечности своего существования- смерти. Будучи тайной человеческого бытия, мысль о смерти необыкновенным образом приводит человека к процессу духовного развития и самопознания… Автор в книге рассматривает вопросы, связанные со смыслом жизни, и ценностями опираясь на учения философов, творческих людей, всех тех, кому этот вопрос в истории был интересен. Книга поможет читателю еще раз попытаться задуматься над проблемами с феноменами бытия, любви и счастья, смерти.
SEVİNC MƏMMƏD SÜLEYMAN. (Məmmədova- Maniyeva)“ELM MƏDƏNİYYƏTİN FENOMENİ KİMİ”. Bakı, 2012, səh 178.
Monoqrafiya elmin mədəniyyətin çox mühüm hissəsi, fenomeni olmasından bəhs edir. Elmin əldə etdiyi nailiyyətlər mədəniyyətin digər komponentləri ilə birlikdə cəmiyyətin ümumi inkişafına xidmət edir, insanın fəallığının yüksəlməsinə, yaradıcılığının genişlənməsinə kömək edir. Elm ilə mədəniyyətin qarşılıqlı nisbəti konkret-tarixi məzmuna malikdir. Kitab ictimai inkişafın hər bir mərhələsində bu nisbətin məzmununun bir tərəfdən elmin və mədəniyyətin inkişaf səviyyəsi ilə, digər tərəfdən sosial şəraitlə, ictimai quruluşun xarakteri ilə müəyyən edilməsinə həsr olunur.
Məmməd Süleymanoğlu
Adilə ömrü…
“Günəş “ nəşriyyatı.
– Bakı – 2006. 184 səh., şəkilli.
Bu kitabda Azərbaycan səhiyyəsinin korifeylərindən biri, görkəmli elm xadimi, həkim – pediatr, akademik Adilə Namazovanm keçdiyi şərəfli həyat yolundan , insanlra qayğıkeş münasibətindən, ictimai və elmi fəaliyyətindən bəhs olunur.
Məmməd Süleymanoğlu (Məmmədov).
Nizaminin tibbi görüşləri
Bakı, 1997.248 səh.
Monoqragrafiyada Nizami Gəncəvinin elmi dünyagörüşü, təbabət və sənət etikası, ədəbiyyatla təbabətin üzvi surətdə bağlılığına dair fikirləri, şairin tibbi görüşləri, onun profilaktik təbabət haqqında fikirləri, arzuladığı cəmiyyətin tibbi-sosial və s. ən mühüm məsələləri işıqlandirilmışdir.
Əsər tədqiqat səciyyəli olsa da, tələbə, həkim, ziyalı, ümumiyyətlə, geniş oxucu kütləsinin marağına uyğun şəkildə yazılmışdır.