Salih Mustafa oğlu Salihov

            Salih Mustafa oğlu Salihov

Salih müəllim  yaradıcı insan idi. Onun adamlara məhəbbəti hər bir kəsə mübarizədə və qalib gəlməkdə daim kömək edirdi. O özünə qarşı çox tələbkar idi.  Professor Salihovun xidmətləri yüksək orden və medallara layiq görülmüşdür. Bu nəcib insan tarixə nəinki istedadlı alim, klinisist, elm təşkilatçısı kimi, eyni zamanda gözəl pedaqoq və yeni alimlər nəslinin tərbiyəçisi kimi daxil olmuşdur. Azərbaycanda aparıcı  terapiya elminin yaradıcılarından biri   idi. Professor Salih Salihovun  oğlu professor Mustafa Salihov  xatirələrini yazarkan demişdi “Atam dərman ətri sacırdi”. Minlərlə həkim onun rəhbərliyi altında insanlara sağlamlıq və yaradıcı əmək sevinci bəxş etməyi öyrənmişdir

Salih Mustafa oğlu Salihov  1909-cu ilin mart ayının  12- də  Ağdaş rayonunun Bulaqotağı kəndində anadan olmuşdur.

Kiçik yaşlarında valideynlərini itirən Salih böyiik qardaşının himayəsində böyüyür. 1929-cu ildə Salih Bakıya gəlir və fəhls fakültəsinə daxil olur. Əvvəlcə ali pedaqoji təhsil alır. 1933-cii ildən Bakı şəhərinin miixtəlif təhsil ocaqlarında pedaqoji fəa- liyyət göstərməyə başlayır. 1939-cu ildə Tibb İnstitutunur müalicə-profilaktika fakültəsinə daxil olur və 1943-cü ilde institutu bitiıir. İnstitutu bitirdikdən sonra sahə həkimi, Tibb İnstitutunda kliniki ordinator, Tibb Texnikumunda müəllim vs direktor vəzifələrində çalışır. 1945-ci ildə ADTİ-nin II hospi- tal terapiya kafedrasının assistenti vəzifəsinə qəbul edilir. 1950-ci ildə namizədlik dissertasiyasını miidafiə edirvə 1956- ct ildə həmin kafedranın dosenti vəzifəsinə seçilir. 1966-cı ildə isə Salih müəllim doktorluq dissertasiyası müdafiə edir və els həmin il professor vəzifəsinə seçilən professor Salih Salihov ömrünün sonuna qədər bu kafedraya rəhbərlik edir.

Professor 100-dən artıq elmi işin, o ciimlədən 3 monoqra- fiyanın müəllifidir. Salih müəllim həmçinin A.Myasnikovur “Daxili xəstəliklərin propedevtikası dərsliyini Azərbaycar dilinə tərcümə etmişdir. S.Salihov 1952-ci ildə dünya tibl təcrübəsində ilk dəfə ağciyər absesinin miialicəsində penisilli nin vena daxilinə yeridilməsini tətbiq etmişdir. Salih müəllirr heç bir xəstənın həyatını təhlıikə qarşısında qoymamaq üçür bıı iisulu ilk dəfə olaraq öz üzərində sınaqdan keçirmişdir.

Salih müəllim təkcə Azərbaycanda deyil, o zamankı SSRİ məkanında tanınmış, nüfuzlu həkim, alim və pedaqoq idi. Bunu belə bir fakt da təsdiq edir: 1956-cı ildə Salih müəllim SSRİ rəhbərliyinin qərarı ilə Yəmənə işləməyə göndərilir. Yəmən kralının şəxsi həkimi işləyən Salih Salihov bu ölkədə böyük niifuz qazanmağa nail olmuşdu. Salih müəllim Yəmən səhiyyəsi üçün əvəzolunınaz işlər göımüşdür – Səna və Hodeyd şəhərlərində kral feldşer mək- təblərini təşkil etmiş və həmin müəssi- sələrdə tələbələrə ərəb dilində dərs demişdir. Bütün bunlarla yanaşı, Salih müəllimin rəhbərliyilə Yəməndə stoına- toloji kabinetlər, mama-ginekoloji şöbələr də təşkil edilmişdi. Kral feldşer məktəblərini bitirən onlarla oğlan və qız sonraiar SSRİ-nin miixtəlif ali məktəb- lərində həkimlik peşəsinə yiyələnmiş və ixtisaslı mütəxəssis kimi vətənlərinə qayıdaraq, öz xalqıııa xidmət etmişdir.

Hodeyn xəstaxanasının direkroru Həsən Mahsanı  xatirəsindən: “Doktor Salihov haqqında yazmaq istəyərkən mən anlayıram ki, onun nə qədər  diqqətçil,  humanist və məsuliyyətli oldugunu catdıra bilməyəcəyəm. O, bizim üçün səhiyyənin təşkili, müalicə metodları, xəstəxana rejımınə  dair yeni yollar açdı ”

 Bu xidmətlərinə görə Salih müəllimə minnətdar olan Yəmən xalqı Səna və Hodeyd şəhərlərində bu gün də fəaliy- yət göstərən Salih Salihov muzeylərini yaratmışdır.

Vətənə qayıtdıqdan sonra Salih miiəllim elmi-pedaqoji və ictimai fəa- liyyətini davam etdirmişdir. O, ATİ-də kafedra müdiri, Səhiyyə Nazirliyinin baş terapevti, Azərbaycan Ensiklopediyası Redaksiya Heyətinin üzvü vəzi- fələrində çahşmışdır. Onun rəhbərliyi aitında 12 namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur.

Professor Salih Salihovun əınəyi xal- qımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. 1960-cı ildə professor “Əməkdar həkim” fəxri adına layiq görülmüş, 1969-cu ildə Ali Sovetin təxrı tərmanı ılə təltır olunmuşdur.

1976-cı  ildə  iyunun  2-də  Salih Salihov Tibb İnstitutunda  rəhbərlik elədiyi hospital terapiyası kafedrasinda qəflətən vəfat etmişdir.

    Vəfatından sonra Ağdaş mərkəzi rayon xəstəxanasına onun adı verilmiş və xəstəxa nanın həyətində professorun büstü qoyulmuşdur.

Vəfatından sonra Ağdaş Mərkəzi Rayon Xəstəxanasına onun adı verilmiş və xəstəxananın həyətində professorun büstü qoyulmuşdur.

Azərbaycan Təbabəti Muzeyinin qarşısına qoyulan əsas vəzifələrdən biri də ölkəmizin tibb elminin və səhiyyəsinin inkişafında xidmətləri olmuş görkəmli həkim və alimlərimizin fəaliyyətini indiki nəslimizə çatdırmaqdır.  Xalqımızın yaddaşında silinməz izlər qoyan, görkəmli tibb xadimlərimizdən biri də professor S.M.Salihov olmuşdur. Azərbaycan Təbabəti Muzeyinin  7 -ci zalında görkəmli alim Salih Salihovun həyat və fəaliyyətini  əks etdirən stend və vitrin nümayiş olunur.